Sürücülərə önəmli xəbərdarlıq: Yola çıxmazdan əvvəl diqqətli olun

Sürücülərə önəmli xəbərdarlıq: Yola çıxmazdan əvvəl diqqətli olun
10:37

Yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

News365.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir.

Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır.
Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər.


Sizin reklam burada
Sizin reklam burada