Suriyadakı Rus Evinin işi dayandırılıb.
News365.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov məlumat verib.
Məlumata görə, mərkəzin işinin dondurulması qərarı regiondakı qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə bağlıdır.
Qeyd olunub ki, təşkilatın əməkdaşları təxliyə edilib, sənədlərin yoxlanılmasında çətinliklər yarandığı üçün Suriyalı tələbələrin dövlət kvotasına əsasən işə qəbulu dayandırılıb.