Suriyada gərgin snlar: Təhlükəsizlik qüvvələri strateji şəhərə nəzarəti ələ keçirdi

Suriyada gərgin snlar: Təhlükəsizlik qüvvələri strateji şəhərə nəzarəti ələ keçirdi
07 Mar 2025 14:46

Suriya təhlükəsizlik qüvvələrinin ölkənin yeni hakimiyyət orqanlarına tabe olan bölmələri Tartus əyalətində yerləşən Baniyas liman şəhərinə daxil olub.

News365.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Suriya KİV-ləri hərbçilərin Latakiya və Tartusun mərkəzi rayonlarını nəzarətə götürdüyünü və bu vilayətlərdə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını axtarmaq məqsədilə axtarış əməliyyatlarını davam etdirdiyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada