Səsləndirilən iradlarla bağlı News365.az Azərsu-ya müraciət etdi.
Qurumdan bildirilib ki, hazırda rayon sukanal idarəsinin qəza briqadası qeyd olunan ərazidədir. Su borusunun bərpası istiqamətində təmir işləri aparılır. Tezliklə bərpa yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.
***
Baytaxt sakinlərinin su sarıdan giley-güzarları bitmək bilmir. Bu dəfəki şikayətçilər Suraxanı rayonunun sakinləridir.
News365.az saytına daxil olan məlumata görə, Suraxanı rayonu Yeni Günəşli AB massivini123 binanin qabağında demek olar ayda ən azı 4 dəfə su boruları partlayır. Nəticədə, 7-8 saata qədər suyun verilməsində məhdudiyyət yaranır. Üstəlik, binaların həyətlərini su basır.
Sakinlər onu da qeyd ediblər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsək də acınacaqlı vəziyyət aradan qaldırılmayıb.
Məsələ ilə bağlı müvafiq qurumların mövqeyini verməyə hazırıq.
Vəfa Vəliyeva, News365.az