Sumqayıtda sürücü sükan arxasında ölüb.
Hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Hüseynov Tofiq Sabir oğlunun halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.
Hazırda hadisənin səbəbləri araşdırılır. (Report.az)