Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
News3656.az xəbər veri ki,
hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İsmayılov Sənan Sahil oğlu aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma
aparılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus
İbrahimov bildirdi ki, Sumqayıt şəhəri Sahil küçəsində 29 yaşlı şəhər sakininin
naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi barədə ərazi polis
orqanına məlumat daxil olub. Şübhəli şəxsin kimliyi polis əməkdaşları tərəfindən
müəyyən edilib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.