Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Abbas Əraqçi Fars körfəzindəki vəziyyəti müzakirə etmək üçün yenidən telefonla danışıblar.
News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata əsasən, Rusiya xarici işlər naziri İsrail və ABŞ-nin İranın nüvə infrastrukturuna, o cümlədən “Buşehr” Atom Elektrik Stansiyasına zərbələrinin qəbuledilməzliyini vurğulayıb.
İranlı nazir də öz növbəsində humanitar yardım da daxil olmaqla göstərdiyi dəstəyə görə Moskvaya təşəkkür edib.