Putin azərbaycanlı alimi təltif etdi

Putin azərbaycanlı alimi təltif etdi
23 Mar 2026 23:00

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

News365.az APA-ya istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının "Əməkdar elm xadimi" fəxri adına layıq görülüb.

Qeyd edək ki, V. Kərimov 1949-cu ildə Bakıda doğulub. Geologiya və mineralogiya elmləri doktoru və professor olan Kərimov geologiya, neft və qaz kəşfiyyatı sahəsində aparıcı alimdir və 50 ildən artıqdır ki, elmi və pedaqoji fəaliyyətlə məşğuldur.

Karyerası ərzində Sovet İttifaqı və Rusiya universitetlərində rəhbər vəzifələrdə çalışıb, o cümlədən İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri (2009-2018) vəzifəsini tutub. 2017-ci ildən indiyədək isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.


Sizin reklam burada
Sizin reklam burada