İran İsrail bazasını və İordaniyadakı ABŞ qüvvələrini vurub

İran İsrail bazasını və İordaniyadakı ABŞ qüvvələrini vurub
20:00

İran ordusu İsrailin Təl-Nof aviabazasına və İordaniyadakı Əl-Əzraq bazasında ABŞ qırıcılarının yerləşdiyi məkana PUA-larla zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi hərbçilərin açıqlamasına istinadən məlumat yayıb.

Ordunun məlumatına görə, əməliyyatda ölkənin müxtəlif nöqtələrindən hədəfləri vuran quru, hava və dəniz qüvvələrinin PUA bölmələri iştirak ediblər.

İddia olunur ki, zərbələr İrana qarşı təcavüz üçün istifadə edilən obyektlərə endirilib.


Sizin reklam burada
Sizin reklam burada