Tahir Kərimli İran müharibəsinin gizli tərəflərindən danışdı

Tahir Kərimli İran müharibəsinin gizli tərəflərindən danışdı
17:21

“ABŞ, İsrail-İran müharibəsi uzun davam edəcək”.

Ne
ws365.az xəbər verir ki, bunu Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli deyib. O, ABŞ və İsrailin qarşılarına qoyduğu məqsədlərə hələ çata bilmədiyini və bunun çox vaxt aparacağını bildirb:

“Əsində ABŞ bu müharibənin tezliklə bitməsini istəmir. Çünki bu müharibə təkcə İranla aparılmır. Burada əsas hədəf “Qlobalçı”lardır. Kimdir “Qlobalçılar”? Bunlar dünyada yetərincə böyük nüfuza sahib beynəlxalq təşkilatlardır. Davosda belə təşkilatlardan olan  “BlackRock”un rəhbərinin təkəbbürlü çıxışı məhz Trampı hədəf almışdı. Ona bildirirdi ki, dünyanı ABŞ yox, “Qlobalçı”lar idarə edir.

Sual verilə bilər ki, bu məsələnin İranla nə əlaqəsi var? Məsələ ondan ibarətdir ki, köfrəz ölkələrinin hər biri hansısa avropa şirkətindən asılıdır. Misal üçün “Saudi Aramco” şirkəti bir başa olaraq “BlackRock” firmasının təsiri altındadır. Bu şirkətlərin əsas məhsulları hörmüz boğazı vasitəsi ilə dünya bazarına çıxarılır. Və bunula  onlar milyardlarla dollar qazanırlar. İndiki halda isə həmin təşkilatlara böyük ziyan dəyir. Trampın da əsas istəyi budur.

Burada həmçinin Çin iqtisadiyyatı da ağır zərbə alır. Yəni ABŞ bu müharibə ilə dünyanı idarə etmədə ona şərik ola biləcək rəqiblərinə də ağır zərbə vurur. Bura Çin, bəzi avropa dövlətləri və ən əsası özünü “Qlobalçı” adlandıran qrup daxildir. Düzdür ABŞ özü də böyük miqdarda pullar xərcləyir, lakin rəqiblərinə dəyən ziyan bu xərclərdən dəfələrlə çoxdur. Bütün bunları, İrana dəyən zərəri və onların bunu asanlıqla qəbul edib hücumları dayandırma ehtimalının aşağı olmasını nəzərə aldıqda o qənatə gəlirəm ki, müharibə hələ uzun çəkəcək”.


Sizin reklam burada
Sizin reklam burada