"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub
23 Mar 2026 23:40

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

News365.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Liverpul"la matçda zədələnib. Ulduz futbolçunun qolu sınıb.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Sizin reklam burada
Sizin reklam burada