Zaqatalada tövlədən kişi meyiti tapıldı

Zaqatalada tövlədən kişi meyiti tapıldı
22 Mar 2026 22:27

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb.

News365.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

    Kənd sakini 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən tapılıb.

    Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
    Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

    (APA)


    Sizin reklam burada
    Sizin reklam burada