Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin X hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı verdiyi bəyanatı nəzərdən keçirib.
İshaq Dar regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək üçün diplomatik fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, tərəflər mövcud dəyişkən vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.