Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
23 Mar 2026 10:14

Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.

News365.az xəbər verir ki, martın 23-də saat 06 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada