Sülh danışıqlarında iki masa: Bu məsələ müzakirə olundu

Sülh danışıqlarında iki masa: Bu məsələ müzakirə olundu
12:58

Azərbaycanın 44 günlük Vətən Müharibəsi regionda siyasi və diplomatik tarazlıqları dəyişərək Cənubi Qafqazda yeni bir siyasi xəritənin formalaşmasına zəmin yaratdı. Bu müharibə zamanı xalq, ordu və liderlik birliyi sayəsində Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməklə kifayətlənmədi, eyni zamanda bölgədə strateji təsirini gücləndirdi.

Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bu yeni geosiyasi reallığın yaranma prosesini və beynəlxalq reaksiyaları şərh edib.

"Müharibədən əvvəl Azərbaycana qarşı Avropada, xüsusilə Fransanın rəhbərliyində bir koalisiya formalaşmışdı. Rusiyanın separatizm meyilləri, İranın Ermənistana dəstəyi və Ermənistanın silahlanma yarışı regionda gərginliyi artırırdı. Lakin xalq, ordu və lider birliyi sayəsində Azərbaycan öz haqlı mübarizəsində uğur qazandı.

Ekspert vurğulayıb ki, sülh müqaviləsinin müzakirəsi zamanı iki masa – Rusiya və Avropa masası – yaradılıb. Hər iki tərəf Azərbaycanın maraqlarının təmin olunmasına mane olmağa çalışsa da, Azərbaycanın strateji addımları nəticəsində Zəngəzur Dəhlizinin açılması və kommunikasiyaların bərpası gündəmə gəldi.

Həsənbəyli əlavə edib ki, Avropa masası sülh prosesində bəzən Azərbaycanın əleyhinə mövqelər nümayiş etdirirdi, Fransanın təsiri burada özünü göstərirdi. Rusiya isə Zəngəzur Dəhlizinin açılmasına öz hərbi-siyasi maraqları çərçivəsində baxırdı. Lakin separatizm məsələsində, yəni Qarabağda qalan ərazilərdə vəziyyət daha mürəkkəb idi və bu mövzuda da Azərbaycanın maraqları diqqətlə qorunurdu.

Bu açıqlama Azərbaycan liderliyinin bölgədəki yeni siyasi reallığı yaratmaq üçün göstərdiyi səyləri və müharibənin nəticələrinin yalnız hərbi deyil, diplomatik və geosiyasi əhəmiyyətini ortaya qoyur.


Sizin reklam burada
Sizin reklam burada