Starmer: Britaniya Qrenlandiya məsələsində Trampın təzyiqlərinə boyun əyməyəcək

Starmer: Britaniya Qrenlandiya məsələsində Trampın təzyiqlərinə boyun əyməyəcək
21:20

Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ-ın Qrenlandiyanı əldə etməsi tələblərinə qarşı çıxmaq mövqeyindən dönməyəcək və bu məsələdə Donald Trampın təzyiqlərinə boyun əyməyəcək. 

News365.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Sratmer əlavə edib ki, ABŞ prezidenti Britaniyaya təzyiq göstərmək üçün Çaqos adaları ilə bağlı razılaşmaya əvvəlki dəstəyini geri götürüb.

Starmer Qrenlandiya məsələsində tərəfləri sakit müzakirəyə çağıraraq Trampın Britaniya və digər Avropa ölkələrinə qarşı rüsum tətbiq etməsindən sonra ticarət müharibəsini gərginləşdirmək istəmədiyini bildirib. 

Starmer Qrenlandiyanın gələcəyinə onun xalqının və Danimarkanın qərar verməli olduğunu vurğulayaraq və bu mövqeyini dəyişməyəcəyini deyib. 

“Rüsum hədələri altında Qrenlandiyanın gələcəyi ilə bağlı prinsiplərimizdən və dəyərlərimizdən geri çəkilməyəcəyəm. Mən boyun əyməyəcəyəm, Britaniya da boyun əyməyəcək. Bu, mənim açıq mövqeyimdir,” –Starmer əlavə edib. 

Sonda Starmer Danimarkanın baş nazirinin cümə axşamı Londona səfər edəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada