Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - DİM-dən XƏBƏRDARLIQ-VİDEO

Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - DİM-dən XƏBƏRDARLIQ-VİDEO
19 Yan 2025 10:33

Sosial şəbəkələrdə mikroqulaqlığın geniş satışı və alışı həyata keçirilir.

Cihaz müxtəlif məqsədlər üçün istifadə edilir. Qiyməti isə 160-260 manat arasında dəyişir. Hətta avadanlığın kirayəsi də mümkündür.

Əsasən imtahanlarda iştirak edən şəxslər bu cihazlardan istifadə etmək istəyində olurlar. Bununla bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ötən illərdə ötürücü qurğularla qəbul imtahanına girmək istəyən bəzi işirakçılar imtahandan kənarlaşdırılıb və onların nəticələri ləğv olunub.

Mərkəz bununla bağlı növbəti aylarda olacaq qəbul imtahanlarında iştirak edən şəxslərə xəbərdarlıq edib.

Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə dinləmə cihazlarının ölkəyə gətirilməsinin qadağan olunduğu deyilib.