Lor həkimi Ramil Həsimli sosial media hesabında paylaşım edərək şəhid ailələrinin və xalqın hisslərinə toxunan fikirlərini bölüşüb.
O qeyd edib ki, xalq olaraq əbədi düşmənçilik mövcud ola bilməz, amma şəhidlərin qanı və anaların göz yaşları hələ də yaddaşlarda dərin izlər buraxır.
“Hər dəfə minillik həsrət kimi ‘gəl səni bağrıma basım’ deyən bu hisləri unutmamalıyıq. Cavabdeh qurumlar isə göndərdikləri şəxslərə dərs keçməlidir. Son 200 ildə başımıza gələnlər yaddaşımızın korluğundan deyil, əksinə, diqqətsizliyimizdən qaynaqlanır”, – Həsimli bildirib.
News365.az