Xəbər verdiyimiz kimi milli-mənəvi
dəyərlərimizə zərbə vuran bəzi telelayihələrin yayımına son verilib. Təsadüfi
deyil ki, bu qərar ictimaiyyət təraəfindən də dəstək qaznıb.
Əksəriyyət hesab edir ki, bu addım
milli-mənəvi dəyərlərimizin qorunmasında müsbət nəticələr verəcək.
News365.az xəbər verir ki,
tanınmış iqtisadçı Eldəniz Əmirov ümid etdiyini deyib ki, telekanallar
bağlanan verilişlərin yerini ucuz həyat təbliğ edən seriallarla doldurmayacaq:
“Bu boşluqların seriallarla yox, aşağıdakı məzmunlu verilişlərlə
doldurulmasını daha məqsədəuyğun hesab edirəm:
1. Həkimlərin
iştirakı ilə sadə və anlaşılan tibbi maarifləndirmə verilişləri;
2.Real
sosial problemlərin həll yönümlü müzakirəsi;
3.Sadə dildə
iqtisadi izahlar (maaş, kredit, qiymətlər, biznes ideyaları və s.);
4.Region və
kənd həyatı üçün praktik məlumatlar (torpaq, təsərrüfat, kiçik biznes);
5.İki səviyyəli
intellektual verilişlər (canlı bağlantılar və interaktiv formatlarla);
6.Təhsilin ən
müxtəlif pillə və sahələrində maraqlı və yönləndirici proqramlar.
Amma bütün
bunlar quru və ağır formada təqdim edilməməlidir. Yenə insan hekayəsi
olmalıdır, yenə həyat olmalıdır. Sadəcə nəticə qalmaqal yox, fayda olmalıdır.
Televiziya
yalnız vaxt doldurmaq üçün deyil, insanı dəyişmək üçün var.”
News365.az