İsrail Müdafiə Qüvvələri (SAXAL) İrandan raket buraxılışı ilə bağlı 24 saat ərzində üçüncü dəfə xəbərdarlıq edib.
News365.az xəbər verir ki, bu barədə İsrail ordusu "Telegram" kanalında məlumat verib. Bildirilib ki, SAXAL raketləri zərərsizləşdirir.
"Ynet" portalının məlumatına görə, İsrailin şimalında sirenlər səslənib. "Bu, üç saatdan az müddətdə üçüncü xəbərdarlıqdır. Birinci xəbərdarlıq Bakı vaxtı ilə saat 05:12-də, raketlər İsrailin mərkəzinə doğru uçarkən edilib. Raket buraxılışlarının ikinci dalğası zamanı İsrailin şimalında sirenlər səslənib", - deyə məlumatda qeyd olunub.