Şirvanda ata və oğul kanalda boğuldu

Şirvanda ata və oğul kanalda boğuldu
13:25

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada