Şirvanda 6 nəfər külli miqdarda narkotiklə saxlanıldı

Şirvanda 6 nəfər külli miqdarda narkotiklə saxlanıldı
14:57

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb.

News365.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.

Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada