İsrail zabitlərinin toplantı məkanı vuruldu

İsrail zabitlərinin toplantı məkanı vuruldu
15:37

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailin Bney Brakda yerləşən yerli cəbhə komandanlarının toplantı məkanına zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə SEPAH “Gerçək vəd 4” əməliyyatının 88-ci mərhələsi ilə əlaqədar yaydığı bəyanatda bildirib.

Bu mərhələdə “İmad”, “Xürrəmşəhr 4”, və “Qədr” raketlərindən istifadə olunub.

SEPAH, həmçinin Təl-Əviv, Ber Şeva, Calil, Nəqəv, Təl Nof, Arad şəhərləri və Qırmızı dənizin cənub hissələrini atəşə tutduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl İranın son raket hücumundan sonra 9 nəfərin yüngül xəsarət aldığı açıqlanıb


Sizin reklam burada
Sizin reklam burada