Şəmkirdə oğlu tərəfindən balta ilə öldürülən qadın müəllimə olub - TƏFƏRRÜAT - FOTO

Şəmkirdə oğlu tərəfindən balta ilə öldürülən qadın müəllimə olub - TƏFƏRRÜAT - FOTO
17:34

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

News365.az xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

Şəmkirdə oğlu tərəfindən balta ilə öldürülən qadın müəllimə olub - TƏFƏRRÜAT - FOTO

Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev balta ilə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandıraraq intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.


15:53

Şəmkir rayonunda oğul anasını qətlə yetirib.

News365.az-ın məlumatına görə, hadisə martın 30-da günorta saatlarında rayonun Qaracəmirli kəndində baş verib.

Kənd sakini 1993-cü il təvəllüdlü Anar Allahverdiyev anası 1959-cu il təvəllüdlü anası Çiçək Sərdarovaya hücum edib.

O, anasını balta ilə qətlə yetirib. Qətldən sonra A.Allahverdiyev üzərinə tezalışan maddə tökərək özünü yandırıb. Hadisə zamanı o da ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada