Sinaqoqu partlatmaq istəyən terrorçu məhv edilib

Sinaqoqu partlatmaq istəyən  terrorçu məhv edilib
17 Apr 2024 14:09

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvanın Otradnoye rayonunda terrorçunu zərərsizləşdiriblər.

News365.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb. Qeyd edilir ki, o, Rusiya Yəhudi İcmaları Federasiyasının "Darkei Şalom" sinaqoquna hücum planlaşdırırmış. İcmanın rəhbəri ravvin Dovid Karpovun sözlərinə görə, cinayətkarın məhv edilməsi əməliyyatı Berezovaya xiyabanı küçəsində sinaqoqdan piyada 20-30 dəqiqəlik məsafədə keçirilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları sinaqoqa gələrək suallar verdilər və əməliyyat tədbirləri həyata keçirdilər. Onlar kameralarla maraqlanırdılar, lakin mən o vaxt sinaqoq olmamışam. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını mühafizə xidməti qarşılayıb”, - deyə o bildirib.

Təhlükəsizlik xidmətinin əməkdaşı isə qeyd edib ki, sinqaoqa gələn şəxslər terrorçunun məhvindən təxminən beş gün əvvəl yəhudi dini qurumunda olublar. Onlar işçilərər suallar və göstərişlər veriblər. Lakin səlahiyyətlilər terror aktının hazırlandığını deməyiblər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər