Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
News365.az xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında erməni spikerin Rusiya Federasiyasına fevralın 5-6-na planlaşdırılan rəsmi səfərinin təfərrüatları müzakirə edilib.
Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə aid digər məsələlərə də toxunulub.