Şimali Koreyada istifadə olunan və ölkədən gizli yolla çıxarılan bir smartfonun analizi sensasiyalı nəticələr üzə çıxarıb.
News365.az xarici mediayamistinadla xəbər verir ki, cihazın hər 5 dəqiqədən bir ekran görüntüsü çəkərək hökumət orqanlarına göndərdiyi məlum olub.
Mütəxəssislərin sözlərinə görə, telefonda “Cənubi Koreya” ifadəsi yazıldıqda sistem onu avtomatik olaraq “Kukla dövlət” kimi dəyişdirir. Eyni zamanda, “Oppa” (sevgili) sözü “Yoldaş” kəlməsi ilə əvəz olunur.