“Sihirli Annem” serialındakı “Perihan Teyze” rolu ilə yadda qalan Gül Onat, pankreas xərçəngi ilə mübarizə aparır. 71 yaşlı aktrisa son sağlamlıq vəziyyəti barədə məlumat verib.
News365.az xəbər verir ki, keçən il pankreas xərçənginə yoluxan Gül Onat, 45 dəqiqə davam edən əməliyyatının 8 saat sürdüyünü açıqlamışdı. “Allah can düşmənimə verməsin, çox çətin bir proses idi. Nə vaxt öləcəyimi düşünürəm” deyərək yaşadığı emosional anları izləyiciləri ilə paylaşmışdı.
Müalicəsi davam edən Gül Onat, sosial media üzərindən son vəziyyətini izləyiciləri ilə bölüşüb.
Bir park skamiyasında oturarkən çəkilən fotosunu paylaşan Onat iki prosedur keçdiyini və nəticələrinin təmiz çıxdığını bildirib. 71 yaşlı usta aktrisa bildirib: “İndi zəhər terapiyasına davam edirəm. Sizləri daima məlumatlandıracağam, hər biriniz sağlam qalın.”
News365.az