Səudiyyəli yazıçı Əhməd bin Osman əl-Tuveycri BƏƏ-ni İsraillə Qəzzada əməkdaşlıqda ittiham edib.
News365.az xəbər verir ki, Səudiyyəli yazıçı doktor Əhməd bin Osman əl-Tuveycri “Əl-Cəzirə” qəzetində dərc olunan məqaləsində BƏƏ-ni İsraillə yaxın əməkdaşlıqda ittiham edib. O, BƏƏ-nin Tunisdə siyasi proseslərə müdaxilə etdiyini, Misirdə iqtisadi təsirini artırdığını və Somalidə strateji su yollarına nəzarətə çalışdığını iddia edib.