Səudiyyə Ərəbistanının vəliəhdi Marko Rubio ilə görüşüb

Səudiyyə Ərəbistanının vəliəhdi Marko Rubio ilə görüşüb
11 Mar 2025 15:03

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Ciddəyə gələn ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. 

News365.az Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinə (SPA) istinadən xəbər verir ki, vəliəhd şahzadə və dövlət katibi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirib, beynəlxalq və regional təhlükəsizliyə nail olmaq üçün səyləri müzakirə ediblər.

Rubio bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həll olunacağına və yeni anti-Rusiya sanksiyalarına ehtiyac qalmayacağına ümid edir. O, həmçinin bildirib ki, Kiyevə yardımın çatdırılmasının bərpası Ciddə danışıqlarının nəticəsindən asılı olacaq. 


Sizin reklam burada
Sizin reklam burada