Sərnişin sürücünün dilini kəsmək istədi - VİDEO

Sərnişin sürücünün dilini kəsmək istədi - VİDEO
26 May 2025 10:55

Rusiyada cinayət törətməyə cəhd edən sərnişinin videosu sosial şəbəkələrin Rusiya seqmentində gündəmə çevrilib. “ÇP Nijnevartovsk” Telegram kanalının yaydığı məlumata görə, Nijnevartovskda aqressiv sərnişin sürəti azaldan avtobus sürücüsü ilə mübahisə edib. Mübahisə gözlnilmədən münaqişəyə çevrilib.

"İnsident "Ryabinovıy Bulvar" avtobus dayanacağında baş verib. Avtobus sürücüsü dayanacağa doğru qaçan bir adamı görüb və onu gözləmək üçün sürəti azaldıb. Sərnişin avtobusa mindikdən sonra qəfildən bıçaq çıxarıb və sürücünü hədələməyə başlayıb. Hadisə şahidləri aqressiv kişini videoya çəkiblər. O, sürücüyə qışqıraraq dilini kəsəcəyini söyləyib. Nəqliyyat şirkətinin nümayəndələri polisin avtobusda dəhşət saçan aqressiv kişini tapdığını, lakin sürücünün ona qarşı şikayət verməkdən imtina etdiyini bildiriblər",- yerli media yazıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada