Müğənni Nüşabə Musayeva həmkarı Ofeliya Şabanova ilə bağlı açıqlama verib.
O bildirib ki, şəxsi münasibətlərində Ofeliyaya qarşı problemi yoxdur, lakin kimsə onunla mübahisəyə girərsə, geri çəkilməyəcək:
"Mənlə Ofeliyanın problemi yoxdur. Amma mən özüm problemin ən yekəsiyəm. Kim mənimlə dirəşərsə, ağ bayrağını qaldırmayana qədər geri çəkilmərəm" – deyə Nüşabə Musayeva qeyd edib.
Müğənni həmçinin həmkarına məsləhət verərək əlavə edib:
"Get, ailənlə məşğul ol. Sən girən kol deyil, ağıllı ol".