Şəmkirdə dərədə meyiti tapılan şəxs QƏTLƏ YETİRİLİBMİŞ

Şəmkirdə dərədə meyiti tapılan şəxs QƏTLƏ YETİRİLİBMİŞ
26 Yan 2026 22:20

Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib.

News365.az xəbər verir ki, 1970-ci il təvəllüdlü A. Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada