Səhiyyə Nazirliyi: Hava şəraiti ilə əlaqədar 15 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Hava şəraiti ilə əlaqədar 15 nəfər xəsarət alıb
10:00

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.

Bu barədə News365.az-a İnstitutdan məlumat verilib.

Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.


Sizin reklam burada
Sizin reklam burada