Şəhid anası vəfat etdi - FOTO

Şəhid anası vəfat etdi - FOTO
11:24

20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olan Tuncay Əlizadənin anası vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, şəhidin anası Rəna xanım uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Tuncay Əlizadə 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. O, Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Tuncay Əlizadə ölümündən sonra "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Sizin reklam burada
Sizin reklam burada