Qanunsuz ov edən şəxs saxlanıldı

Qanunsuz ov edən şəxs saxlanıldı
04 Fev 2025 21:00

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən news365.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Masallı rayonu Qızılağac kənd sakini Kərim Quliyev olduğu məlum olub.


Ondan ov tüfəngi götürülüb.


Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.


Sizin reklam burada
Sizin reklam burada