Sammitin harada keçirildiyini belə bilməyən adam

Sammitin harada keçirildiyini belə bilməyən adam
08 Sen 2025 09:43
Kanallarımızın birində özünü dərin analitik kimi təqdim edən jurnalist xanım monoloq tipli proqramda ŞƏT sammitindən danışır. Sammit haqqında o qədər məlumatsızdır ki, zirvənin Pekində keçirildiyinə səmimi qəlbdən inanır. Qeyd edirsən ki, sammit Pekində yox, Tianjində keçirilib. Adam səhvini anlamaq əvəzinə nağıl danışır. Sonra bir az da dərinə gedib verilişin içərisində səsləndirdiyi səhv, yanlış fikirləri deyirsən, adam cavab olaraq blok edir. Blok etməklə siyasi cəhətdən hazırlıqsız olduğunuzu ört-basdır edə bilməzsiniz!!!
Siyasi savadsızlıq ekran arxasında qalmır, əksinə daha da açıq görünür. Analitika adı altında nağıl oxumaqla sadəcə hazırlıqsız tamaşaçı aldadılır.
Sammitin harada keçirildiyini belə bilməyən adamın “dərin analiz” iddiası isə ən yaxşı halda gülüş doğurur.
Aqil Məmmədov, ekspert
P.S. Qeyd etdiyim proqramın yayımlandığı kanal kifayət qədər professional heyyətə malikdir.

Sizin reklam burada
Sizin reklam burada