Samirənin hərəkətinə Tural Abbaslıdan sərt reaksiya: " Sən kimsən..."

Samirənin hərəkətinə Tural Abbaslıdan sərt reaksiya: " Sən kimsən..."
14:26

Sosial mediada Samirə Əfəndinin erməni ilə qucaqlaşması ətrafında müzakirələr hələ də davam edir.

News365.az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi fəal Tural Abbaslı sərt açıqlama verib.

“Sən kimsən ki, 3500 şəhid anasının adından danışırsan ki, gəl sülh olsun, qucaqlaşaq? Kimə nə istəyirsən, nə xal istəyirsən ver – öz işindir. Amma sən Azərbaycan xalqının adından danışa bilməzsən. Hələ də Qarabağda  sümüklər tapılır. Birinci Qarabağ müharibəsində minlərlə insan itkin düşüb. Bu gün sənin qucaqlaşdığın şəxsin atası və ya babası 90-cı illərdə hansı silahı tutub, kimə atəş açıb. Biz bir az da araşdırsaq, məlum olar ki, erməninin atası da bizə güllə atıb, bizim torpaqları işğal edib."


Sizin reklam burada
Sizin reklam burada