Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
04 May 2025 10:35

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Azərbaycan Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsndən bildirilib.

Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.


Sizin reklam burada
Sizin reklam burada