Sağlam qocalığın sirri: “Gündə 30 dəqiqə gəzin...”

Sağlam qocalığın sirri: “Gündə 30 dəqiqə gəzin...”
15:43

 Bakı Şəhər Herontoloji Mərkəzinin direktoru  Nailə Əhmədova yaşlanma və sağlam həyat tərzi ilə bağlı vacib məqamlardan danışıb.

News365.az xəbər verir ki, N.Əhmədovanın sözlərinə görə, insanın yaşlı dövrdə müstəqil qərar verməsi, hərəkət qabiliyyətinin qorunması və ümumi aktivliyi üçün həmin vərdişlərə gənclikdən sahib olması xüsusi önəm daşıyır.

O bildirib ki, müalicəvi bədən tərbiyəsi və gündəlik fiziki aktivlik orqanizmə ciddi müsbət təsir göstərir:

“Gündə cəmi 30 dəqiqə piyada gəzmək belə bir çox xəstəliklərin yaranmasının qarşısını ala bilər. Aktiv həyat tərzi sağlam və rahat yaşlanmanın əsas şərtlərindən biridir”, – deyə o vurğulayıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada