"Sağlam olmaq üçün həkimə getməyin" - Həkimdən ÇAĞIRIŞ

"Sağlam olmaq üçün həkimə getməyin" - Həkimdən ÇAĞIRIŞ
20 Fev 2025 09:56

“İnsan bədənində olan bütün orqanlar ayağın altından keçən sinirlərlə bir başa əlaqəsi vardır. Bu səbəbdən təmiz havada çox gəzən insanlar sağlam olurlar”.

Bunu News365.az -a açıqlamasında tanınmış həkim Vaqif Qarayev deyib. O bildirib ki, sağlam olmaq üçün çox dərman içməyə və ya ayda bir həkim müayinəsindən keçməyə ehtiyac yoxdur:

“Sağlam olmaq üçün düşüncənizi təmiz saxlayın. Özünüzə vaxt ayırın. Təmiz havada çox gəzin. Qapalı yerlərdən uzaq olun. Hava istidir sərin restorana, qışdır çöl soyuqdur isti çayxanaya və s. yerlərə getməyin.

Təbiətin hər halını sevin. Çünki siz təbiətin özüsüz.  Gün ərzində mütləq təmiz havada, yüngül addımlarlar tələsmədən gəzin”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada