Rusiya qoşunları Donetsk vilayətinin Razino kəndini ələ keçirərək daha bir neçə yaşayış məntəqəsinə doğru irəliləyiblər.
News365.az xəbər verir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb.
Bildirilib ki, düşmənin irəliləməsi Vozrojdenie, Toretsk, Danilovka və Krasnıy Pervı yaxınlığında qeydə alınıb.
Bundan əvvəl layihə rusların Dnepropetrovsk vilayətinin inzibati sərhədinə yaxın iki yaşayış məntəqəsini ələ keçirdiyi barədə məlumat vermişdi.