Rusiyanın neft terminalına zərbə

Rusiyanın neft terminalına zərbə
19:41

Martın 29-u gecə Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz uçan aparatları ilə həftə ərzində ikinci dəfə Rusiyanın Baltik dənizində “Ust-Luq” limanındakı neft terminalına zərbə endirib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, gecə ərzində uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Leninqrad vilayətində Ust-Luq limanındakı neft terminalı infrastrukturuna zərbə endirilib.

Bu, Rusiya üçün Baltik dənizində neft ixracının həyata keçirildiyi mühüm neft terminalıdır.


Sizin reklam burada
Sizin reklam burada