Regionda baş verən geosiyasi proseslər fonunda Rusiyanın Ermənistana mümkün müdaxilə ehtimalı yenidən müzakirə olunur. Politoloqlar hesab edirlər ki, Moskvanın son illərdə atdığı addımlar belə ssenarilərin tamamilə istisna edilmədiyini göstərir.
Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana birbaşa və ya dolayı müdaxilə ehtimalı real təhlükə kimi qiymətləndirilə bilər.
