Rusiyada təcridxana əməkdaşlarını girov götürənlər İŞİD üzvləridir - VIDEO

Rusiyada təcridxana əməkdaşlarını girov götürənlər İŞİD üzvləridir -  VIDEO
16 İyn 2024 12:59

Rostov istintaq təcridxanasında əməkdaşları girov götürən məhkumlardan bir neçəsinin şəxsiyyəti artıq müəyyən edilib.

Təcridxanada üsyan edənlərdən Akiyev Şamil, Qiriyev Tamerlan, Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər.

Belə ki, sözügedən şəxslər Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına terror aktı cəhdində ittiham ediliblər. Onlar İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunublar.

Digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər