Rusiyada körpü partlayışında yaralananların sayı 100-ə çatdı

Rusiyada körpü partlayışında yaralananların sayı 100-ə çatdı
02 İyn 2025 11:00

Rusiyanın Bryansk vilayətində körpünün partlaması nəticəsində xəsarət alanların sayı 97 nəfərə çatıb. Bu barədə Rusiya mediası məlumat yayıb.


Təcili yardım xidmətinin nümayəndəsi agentliyə bildirib ki, hadisədən sonra 4-ü uşaq olmaqla 64 nəfər hələ də xəstəxanalarda saxlanılır.

Xatırladaq ki, mayın 31-nə keçən gecə Bryansk vilayətində avtomobillərin olduğu körpü uçub. Daha sonra Pilşino - Vıqoniçinin tək relsli dəmir yolu hissəsində də partlayış olub. Qəza zamanı sərnişin qatarı keçidin altından keçirmiş. Qatar Klimov-Moskva marşrutu ilə hərəkət edib, vaqonlardan biri əzilib. 

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov hesab edir ki, körpü partlayışlarını Ukrayna Təhlükəsizlik Xidməti və ya bu ölkənin Baş Kəşfiyyat İdarəsi təşkil edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada