Rusiyada dəhşət: Xeyli sayda adamı evində qul kimi saxladı

Rusiyada dəhşət: Xeyli sayda adamı evində qul kimi saxladı
27 May 2025 14:10

Rusiyada diqqət çəkən məhkəmə prosesi keçirilib. Ren Tv-nin yaydığı məlumata görə, Balaşixa sakini Nataliya Butenko insanları qul kimi saxladığına görə məhkum edilib. 

Məhkəmə müəyyən edib ki, 62 yaşlı Butenko şərikləri ilə birlikdə Moskva vilayətinə gələn bəzi şəxsləri aldadaraq onlara yaxşı maaşlı iş vəd edirmiş. "O, insanları mənzillərə yerləşdirib, sənədlərini isə əllərindən alıb. Həmin şəxslər daha sonra küçədə dilənməyə məcbur ediliblər", - nəşr yazıb.

Müasir qulları hətta itaətsizlik etdikdə döyüblər də. Ümumilikdə təqaüdçünün mənzilində beş kişi və bir qadın qapalı şəkildə saxlanılıb. 


Bu acınacaqlı vəziyyət aprelin sonunda üzə çıxıb. Zərərçəkənlərdən biri yoldan keçən şəxsə hər şeyi danışa bilib. O isə bu kimi işləri araşdıran könüllülərlə əlaqə saxlayıb. Beləliklə, həmin adam qul düşərgəsindən xilas olub: "Daha sonra qalan qullar da azad edilib".

Tural


Sizin reklam burada
Sizin reklam burada