Rusiyada cəbhəyə qadınları da göndərirlər - VİDEO

Rusiyada cəbhəyə qadınları da göndərirlər - VİDEO
02 İyn 2025 11:10

Rusiyanın Primorsk diyarından olan “Tiqr” könüllü dəstəsində ilk dəfə olaraq qadınlardan ibarət hərbi birlik də olacaq. Bu barədə regionun qubernatoru Oleq Kojemyako özünün Telegram kanalında məlumat yayıb.


Onun sözlərinə görə, qadınlar çoxdan döyüşçülərə qoşulmaq istəyiblər və dəfələrlə komandanlığa məktub yazıblar. Zərif cinsin nümayəndələri onların da heyətə daxil edilməsini xahiş edirlərmiş. Bölgə rəhbəri qeyd edib ki, belə bir qərar hörmətə və dəstəyə layiqdir. Maraqlıdır ki, könüllülərdən biri Olqinski bələdiyyə dairəsinin rəhbəri Yekaterina İvannikova olub.


"Qərar çoxdan verilib, ancaq yalnız bu yaxınlarda onu həyata keçirmək mümkün olub. Hazırlıq asan deyildi, bizə tanış olmayan, həm də çox maraqlı şeylər var idi", - Vannikova fikirlərini jurnalistlərlə paylaşıb.

5 qız Ukraynadakı döyüş zonasına həkim təlimatçısı kimi göndəriləcək. Kojemyako yola düşməzdən əvvəl qadınlarla şəxsən görüşərək onlara uğurlar arzulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada