“Rusiya yeni silah dövrünə keçidə hazırlaşır, amma bu müharibədə qalib yoxdur”- Politoloqdan şərh

“Rusiya yeni silah dövrünə keçidə hazırlaşır, amma bu müharibədə qalib yoxdur”- Politoloqdan şərh
13:12

Rusiya adi silahlarla döyüş potensialını tükəndirdiyi üçün yeni silah mərhələsinə keçid edə bilər.

Bunu politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Rusiya hələ də müəyyən müqavimət göstərməyə çalışsa da, artıq anlayır ki, iqtisadi və hərbi baxımdan üstünlük itirilməkdədir:

“Müharibə Ukraynada başlayıb, amma bu toqquşma hər səhər genişlənə bilər. Əgər Rusiya Polşa, Finlandiya və Baltik ölkələrinə qarşı müharibəyə başlasa, yeni silahlardan istifadə etməyə cəhd göstərə bilər. Amma reallıq budur ki, bu müharibədə qalib yoxdur və ruslar bunu anlayır.”

Əli Mustafa qeyd edib ki, Avropa Rusiyadan qorxaraq müharibəyə hazırlaşır, Rusiya isə öz növbəsində məğlubiyyətdən qorxur və yeni silahlarla hədələyir:

“Bu, çox mürəkkəb və ziddiyyətli prosesdir. Coğrafiya burada öz qəribə rolunu oynayır.”

Politoloq Donald Trampın son açıqlamalarına da toxunub. Onun sözlərinə görə, ABŞ mediasının məlumatlarına əsasən, Rusiya və Çin gizli silah sınaqları keçirə bilər:

“Bu, təkcə yeni silah növləri ilə bağlı deyil. Ola bilsin ki, həmin kateqoriyaya aid silahların daha təkmil versiyaları hazırlanır. ABŞ isə bu prosesin qarşısını almaq üçün psixoloji və siyasi addımlar atır.”

Əli Mustafa vurğulayıb ki, Vaşinqtonun mövqeyi Rusiyanın və Çinin gizli şəkildə arsenalını gücləndirməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır.


Sizin reklam burada
Sizin reklam burada