Rusiya yenə mülki obyektləri vurdu - FOTO

Rusiya yenə mülki obyektləri vurdu - FOTO
09:10

Rusiyanın Zaporojyeyə və ümumilikdə Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində müəssisələrdən birində yanğın baş verib.


Bu barədə Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib. "Düşmən Zaporojye və Zaporojye vilayətinə dörd zərbə endirib. Müəssisə ziyan görüb. Ərazidə güclü yanğın baş verib. Şəxsi evlər dağıdılıb. Xoşbəxtlikdən tələfat olmayıb", - o, məlumat verib.


Fedorovun sözlərinə görə, hazırda hücumun nəticələri aradan qaldırılır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada